Biz kimik?
DrLab” MMC 2017-ci ildən fəaliyyət göstərir və tanınmış Avropa, Türkiyə, Çin, ABŞ və Rusiya istehsalçılarının Azərbaycandakı rəsmi nümayəndəsidir.
Şirkətimiz qida təhlükəsizliyi, neft-qaz, inşaat, ekoloji, farmakoloji, kliniki, torpaq, su və bioloji sahələr üzrə laboratoriyaların qurulması, keyfiyyət idarəetmə sistemlərinin yaradılması, laboratoriya avadanlıqları, kimyəvi reagentlər və ləvazimatlarla təchizat sahəsində fəaliyyət göstərir.
Təchiz etdiyimiz məhsulların keyfiyyətinə zəmanət verir və öhdəmizə götürdüyümüz hər bir işi yüksək peşəkarlıqla yerinə yetirərək müştərilərə təhvil veririk – bu, şirkətimizin əsas missiyalarından biridir.
Bundan əlavə, uzun illər təcrübəsi olan əməkdaşlarımız tərəfindən peşəkar servis xidməti də təqdim olunur.
Dr.Lab – Etibarlı Elmi Tərəfdaşınız

Elmi dəqiqliklə formalaşan etibar

Qlobal Standartlarda Laboratoriya Dəstəyi
Distribütorluq Sənədlərimiz
Laboratoriya məhsullarının saxlanma şəraiti necə olmalıdır?
Laboratoriya məhsulları quru və sərin yerdə saxlanılmalıdır. Kimyəvi maddələr üçün xüsusi saxlama şkafları və ya soyuducular istifadə edilməlidir. Temperatur və rütubət dərəcəsi məhsulun növündən asılı olaraq tənzimlənməlidir.
Laboratoriya avadanlıqlarının təmizlənməsi üçün hansı vasitələrdən istifadə olunmalıdır?
Laboratoriya avadanlıqlarının təmizlənməsi üçün xüsusi laboratoriya təmizləyici maddələr istifadə edilməlidir. Adi məişət təmizləyici maddələrindən istifadə etmək məsləhət görülmür, çünki onlar avadanlığa zərər verə bilər.
Laboratoriya məhsullarının istifadəsi zamanı hansı təhlükəsizlik qaydalarına əməl edilməlidir?
Laboratoriyada iş zamanı qoruyucu geyimlər (məsələn, laboratoriya xalatı, qoruyucu eynəklər və əlcəklər) geyinmək vacibdir. Kimyəvi maddələrlə iş zamanı havalandırma sistemlərinin istifadəsi və təhlükəsizlik işarələrinin tələblərinə riayət etmək də zəruridir.
Laboratoriya avadanlıqlarının zəmanət müddəti nə qədərdir?
Laboratoriya avadanlıqlarının zəmanət müddəti istehsalçıdan asılı olaraq dəyişir, lakin ümumiyyətlə 1-3 il arasında dəyişir. Zəmanət müddəti ərzində avadanlıqda yaranan hər hansı nasazlıq istehsalçı tərəfindən pulsuz aradan qaldırılır.
Sualınız var? Bizimlə əlaqə saxlayın